“Macarıstan Ukraynanın Aİ-yə üzv olmasına icazə verməyəcək” − Siyarto


“Hazırkı Macarıstan hökuməti Ukraynanın Avropa İttifaqına üzv olmasına icazə verməyəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Avropa Komissiyasının Aİ-nin genişlənməsinə dair yeni hesabatını və Brüsselin 2025-ci ilin sonuna qədər Kiyevlə üzvlük danışıqlarına başlamaq niyyətini şərh edərkən deyib.
“Macar xalqı Ukraynanın Avropa İttifaqına üzv olmasını istəmədiyini açıq şəkildə bildirdi. Aİ-nin genişlənməsi məsələsi bütün üzv dövlətlər arasında yekdil rəy tələb etdiyinə görə və Macarıstan və Macarıstan xalqının Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləmədiklərini açıq şəkildə bildirdikləri üçün Ukrayna Avropa İttifaqının üzvü olmayacaq”, - Siyarto bildirib.

DİGƏR XƏBƏRLƏR

Top