Məşhur aktyor böyrəyini bağışlayacaq


Məşhur amerikalı aktyor Cessi Eyzenberq böyrəyini tanımadığı şəxsə verməyi planlaşdırır. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə aktyor NBC-nin səhər şousunda danışıb. 
“Yalan illuziyası” filmlərinin ulduzu mütəmadi olaraq qan verdiyini açıqlayıb.
O, 10 il əvvəl böyrəyini vermək istədiyini, hətta ixtisaslaşmış təşkilata məktub yazdığını, lakin heç kim cavab almadığını deyib. Bu yaxınlarda bir həkim dostu ilə mövzunu yenidən müzakirə edib. O, Nyu Yorkdakı Lanqon Tibb Mərkəzi ilə əlaqə saxlamağı təklif edib. Eyzenberqin böyrək transplantasiyası dekabrın ortalarına planlaşdırılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top