
ABŞ-nin keçmiş vitse-prezidenti Riçard Çeyni 84 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Punchbowl” nəşrinin yaradıcısı Ceyk Şerman məlumat yayıb.
Portalın məlumatına görə, Çeyni 2025-ci il noyabrın 3-nə keçən gecə dünyasını dəyişib.Ölümə səbəb pnevmoniya və ürək-damar xəstəliklərindən yaranan fəsadlar olub.
2000-ci ildə Çeyni Respublikaçılar Partiyasından ABŞ-nin vitse-prezidentliyinə namizəd oldu və Corc Buş administrasiyasında bu vəzifəni icra etdi. 2001-2009-cu illərdə ABŞ-nin 46-cı vitse-prezidenti vəzifəsində çalışıb. İşlədiyi müddətdə Çeyni ABŞ tarixinin ən nüfuzlu vitse-prezidentlərindən birinə çevrilib, ABŞ-nin xarici siyasətinin və milli təhlükəsizliyinin formalaşmasında, o cümlədən İraqı işğal etmək qərarında fəal iştirak edib.
Siyasətdən getdikdən sonra ictimai həyatda görkəmli sima kimi fəaliyyətini davam etdirib. 2012-ci ildə Çeyni ürək nəqli əməliyyatı keçirib.
Tətbiqimizi yükləyə bilərsiniz