
Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat yayıb.
Bildirib ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.
Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.
Tətbiqimizi yükləyə bilərsiniz