
“Real Madrid”in keçmiş hücumçusu Kriştiano Ronaldo Avropa futbolunun əsas yarışında oynadığı dəqiqələrə görə UEFA Çempionlar Liqasına liderlik edir.
Yeniavaz.com “Transfermarkt”a istinadən xəbər verir ki, portuqaliyalı 183 matçda 15 758 dəqiqə meydanda olub.
İkinci yeri Çempionlar Liqasında 163 matçda 13,577 dəqiqə oynayan “Barselona”nın keçmiş hücumçusu Lionel Messi tutur. Reytinqdə qapıçılar yer almayıb.
Çempionlar Liqası tarixində ən çox dəqiqə oynayan 5 oyunçu:
1. Kriştiano Ronaldo – 183 matç, 15,758 dəqiqə.
2. Lionel Messi – 163 matç, 13,577 dəqiqə.
3. Serxio Ramos – 142 matç, 12,449 dəqiqə.
4. Raul Qonzales – 142 matç, 11,989 dəqiqə.
5. Toni Kroos – 151 matç, 11,635 dəqiqə.
Tətbiqimizi yükləyə bilərsiniz