Binəqədidəki yanğın söndürüldü − Yenilənib


Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 85 m² olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 7 m² sahədə yanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 4 m² sahədə və 2 ədəd kondisioner qismən əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***16:29
Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada mənzildə yanğın başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
“Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top