
“Avropa İttifaqının müşahidəçiləri Azərbaycanla sülh sazişi imzalanana qədər Ermənistanda qalacaqlar”.
Yeniavaz.com xəbər verir ki, bunu “Orbeli 2025” beynəlxalq forumunda Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, sülh sazişi imzalandıqdan və ratifikasiya olunduqdan sonra formatda dəyişikliklər olacaq və Ermənistan bu məsələ ilə bağlı öz avropalı tərəfdaşları ilə daha konkret müzakirələr aparacaq.
                    
                    Tətbiqimizi yükləyə bilərsiniz