
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, DSMF tərəfindən ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı keçirilən tenderin qalibi Alim Yusif oğlu Qiyasov (VÖEN – 1302620552) olub.
DSMF Alim Qiyasova məxsus 5 590 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürəcək və icrə haqqı olaraq 1 milyon 305 min 840 manat ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, aylıq icarə haqqı 108 min 820 manat olacaq. İcarəyə götürülən obyektin 1 kv. metrinin aylıq icarə haqqı 19,5 manat olub.
Qeyd edək ki, nazirlik son 2 ildə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya və Dövlət Əmək Müfəttişliyi üçün də Alim Qiyasovdan ofis sahələri icarəyə götürüb.
Məlumat üçün onu da qeyd edək ki, nazirliyin tenderinin qalibi olan Alim Qiyasovun sahibkardır. Bakı şəhəri, Zərgərpalan küçəsi, ev 66 ünvanında yerləşən “Grand Hotel” mehmanxanasının da Alim Qiyasova məxsus olduğu bildirilir.
Elnur Əli
                    
                    Tətbiqimizi yükləyə bilərsiniz