
Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə əlaqədar tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, Agentlik 20 ədəd mənzil üçün 1 milyon 974 min manatın ödənilməsini nəzərdə tutub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Sosial Xidmətlər Agentliyi Neftçala rayonunda bir ədəd üçotaqlı mənzil üçün 98 min 700 manat ödəməyi planlaşdırıb.
Elnur Əli
                    
                    Tətbiqimizi yükləyə bilərsiniz