
Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənov haqqında yenidən axtarış elan edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında öz əksini tapıb.
Nazirlik axtarış üçün əsas kimi blogerin Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışda olduğunu göstərib.
Blogerin Rusiya Cinayət Məcəlləsinin məhz hansı maddəsi üzrə axtarışa verildiyi isə qeyd olunmayıb.
Qeyd edək ki, bu ilin mayında Moskvanın Çertanovski Rayon Məhkəməsi Həsənovu qiyabi həbs edib. O, xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur. Bu ittihamla blogeri 7 ilə qədər həbs cəzası gözləyir.
Xatırladaq ki, Hüseyn Həsənov 2024-cü ildən Rusiyada yaşamır.
                    
                    Tətbiqimizi yükləyə bilərsiniz