
“Amazon”un bulud xidməti olan “Amazon Web Services” (AWS) Amerikanın “OpenAI” şirkəti ilə 38 milyard dollarlıq müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Amazon”un rəsmi saytındakı press-relizdə öz əksini tapıb.
Müqaviləyə əsasən “OpenAI” “Amazon”un “Nvidia” çiplərinə çıxışını təmin edəcək.
Sənəd yeddi il müddətinə qüvvədə olacaq və növbəti yeddi il ərzində onun qiyməti artacaq.
Müqaviləyə əsasən, “OpenAI” yüz minlərlə “Nvidia” qrafik prosessorlarını ehtiva edən AWS-nin hesablama sisteminə çıxış əldə edəcək. Bu isə şirkətə ChatGPT chatbotunun işini yaxşılaşdırmağa imkan verəcək.
                    
                    Tətbiqimizi yükləyə bilərsiniz