
“Tamstore” marketlər şəbəkəsi 5-9 noyabr tarixi aralığında “5 gün, 5 gecə Tarixi Endirimlər” sloqanı ilə bütün mağazalarında gündəlik təlabat məhsullarında xüsusi endirimlər təklif edəcək. Endirimdə sümüklü dana döş əti 1 kiloqramı 12,99 manat, “Hicaz” təzə toyuq paket 1 kiloqram 4,55 manat, banan 1,99 manat, “Pegah” kərə yağı 1 kq 12,98 manat, “Leya” günəbaxan yağı 1 litr 2,98 manat, “Tajdar” Hindistan basmati düyü kisə 2 kiloqram 5,98 manat, “Riçard” çay 90 qram 1,74 manat, “Ariel” 3 kiloqram 9,48 manat olacaq. Qeyd edək ki, bu özəl kampaniya zamanı 300 çeşid gündəlik tələbat məhsulu 60 %-ə qədər endirimlə təklif olunacaq.
Bu endirimlərlə paralel “Ninja Qiymətləri Bölür” kampaniyası çərçivəsində 4000 çeşid məhsul – ət, toyuq, süd məhsulları, meyvə və tərəvəz, düyü və bakliyyat, kolbasa və sosislər, kərə yağı, şirniyyatlar, içkilər, təmizlik vasitələri, gigiyenik vasitələr və s.-də müxtəlif faizli endirimlər olacaq. Endirimlər barədə məlumatı şirkətin sosial şəbəkələrindən izləyə bilərsiniz.
Qeyd edək ki, “Tamstore” marketlər şəbəkəsi 2023-cü ildə fəaliyyətə başlayıb. 2025-ci ilin sonuna Bakı və Azərbaycanın müxtəlif bölgələrində mağaza sayını 100-ə çatdırmağı palnlaşdırıb. Bundan başqa şirkət 2026-cı ilə daha 100 market açaraq, filial sayını 200-ə çatdıracaq. Hal- hazırda 4000 nəfər əməkdaşı olan şirkət, 2026-cı il üçün əlavə olaraq 4000 yeni iş yeri açmağı planlaşdırır.
Tətbiqimizi yükləyə bilərsiniz