“Luvrdakı oğurluq xırda cinayətkarlar tərəfindən həyata keçirilib” − Prokuror

luvr soyğununu 100-dən çox müstəntiq araşdırır
Paris prokuroru Lor Bekkonun sözlərinə görə, Luvr muzeyinə hücumu peşəkar oğrular deyil, Parisin əlverişsiz bölgələrindən olan kiçik cinayətkarlar həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Prokurorun sözlərinə görə, saxlanılan şəxslər yalnız xırda oğurluğa görə əvvəllər məhkum olunublar. Onların əməlləri mütəşəkkil cinayətkarlıqla uzlaşmır, bunu quldurluq zamanı yol verilən çoxsaylı səhvlər sübut edir.
“Bu, tam olaraq tipik cinayət fəaliyyəti deyil... lakin bu, bizim adətən mütəşəkkil cinayətin ən yüksək səviyyələri ilə əlaqələndirmədiyimiz cinayət növüdür”, - Bekko deyib.
Soyğunçuların peşəkarlıq səviyyəsinin aşağı olması, qaçarkən ən qiymətli zinət əşyalarını - qızıl və qiymətli daşlardan hazırlanmış İmperator Yevgeniyanın tacını yerə salnaları ilə təsdiqlənir. Cinayətkarlar həmçinin hadisə yerində mümkün DNT izlərini ehtiva edən alətlər qoyublar.

DİGƏR XƏBƏRLƏR

Top