
Ermənistatın Armavir Ümumi Yurisdiksiya Məhkəməsi Ambartsum Nersisyanın (katolikos II Qareginin qardaşı oğlu) həbs edilməsi barədə qərar çıxarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a onun vəkili Emil Xaçatryan məlumat verib.
Onun sözlərinə görə, hakim Babaxanyanın sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror Ambartsum Nersisyanın iki ay müddətinə həbs olunmasını istəyib:
“Bu iş o qədər əsassızdır ki, məhkəmə istəmədən 1 aylıq həbs qərarı çıxarıb. Hesab edirəm ki, prokurorun vəsatəti təkcə əsas olmadığına görə yox, həm də əsaslı şübhəyə görə rədd edilməli idi. Mən təkid edirəm ki, burada cinayət tərkibi yoxdur”.
Bundan əvvəl bildirilib ki, istintaq orqanı bütün ermənilərin katolikosunun qardaşı və qardaşı oğlunun saxlanılması barədə qərar qəbul edib. Onlara qarşı cinayət işi açılıb.
                    
                    Tətbiqimizi yükləyə bilərsiniz