Paşinyan 2026-cı il parlament seçkilərində namizədliyini irəli sürəcək


Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
Paylaşımında o, rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasının proporsional siyahısında namizədliyini təsdiq edən məktubun skrinşotunu yerləşdirib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayına təyin edilib. Əvvəllər namizəd olmaq niyyətini elan etmiş digər şəxslər arasında ikinci prezident Robert Köçəryan, keçmiş hüquq müdafiəçisi Arman Tatoyan (“Birlik qanadları” təşəbbüsünün bir hissəsi kimi) və ideoloji lideri hazırda həbsdə olan biznesmen Samvel Karapetyan olan “Bizim yol” hərəkatı var.

DİGƏR XƏBƏRLƏR

Top