“Hizbullah”ın daha bir komandiri öldürüldü


İsrail Livanın “Hizbullah” hərəkatının daha bir komandirini öldürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, “Hizbullah” hərbi rəhbərliyinin üzvü Məhəmməd Əli Hədid İsrail pilotsuz təyyarəsinin vurduğu maşında olub.
Hadisə Nəbatiyə şəhərində (Beyrutdan 70 km məsafədə) baş verib. PUA avtomobilə dəyib, yanğın başlayıb və içəridə olan Əli Hədid aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, atəşkəs razılaşmasına baxmayaraq, İsrail ilin əvvəlindən bəri Livan ərazisinə 4500-dən çox hücum həyata keçirib. Hücumlar və atəşlər nəticəsində 267 nəfər ölüb, 685 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top