”Fiorentina” Pioli ilə yollarını ayıra bilər


İtaliyanın “Fiorentina” klubu baş məşqçi Stefano Pioli ilə yollarını ayırmaq ərəfəsindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, buna səbəb Florensiya klubunun A Seriyasında keçirdiyi ilk 10 matçda heç bir qələbə qazana bilməməsidir.
Qeyd edək ki, 2017-19-cu illərdə “Fiorentina”ya rəhbərlik edən Pioli 2025-ci ilin yayında yenidən “Fiorentina”nın başına keçib.
Bundan başqa, Pioli 2019-24-cü illərdə “Milan” klubunun baş məşqçisi olub. 2021/22 mövsümündə “Milan” onun rəhbərliyi altında İtaliya çempionluğunu qazanıb.
Xatırladaq ki, “Fiorentina”nın 10 matçdan dörd xalı var. Klub hazırda A Seriyasının turnir cədvəlində 19-cu yeri tutur.

DİGƏR XƏBƏRLƏR

Top