Türkiyədən Ermənistana ixrac sentyabrda 16 dəfə artıb


Bu ilin sentyabr ayı ərzində Türkiyə Ermənistana 572 min dollar dəyərində məhsul ixrac edib.
Yeniavaz.com
Türkiyə Statistika İdarəsinin məlumatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən Ermənistana ixrac 16 dəfə artıb.
Belə ki, ötən ilin sentyabr ayında Türkiyə Ermənistana cəmi 35 min dollar dəyərində məhsul ixrac edib.
Qeyd edək ki, sentybar ayında Ermənistanın Türkiyəyə ixracı isə 780 min dollar olub və ötən ilin eyni dövrü ilə müqayisədə 11% və ya 100 min dollar azalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top