
Qusarda kənd sakinlərindən hədə-qorxu yolu ilə dəfələrlə rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs həbs edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Hil meşəbəyliyinin meşə gözətçisi Zahid Abuyevin qanunsuz əməllərinə dair çoxsaylı vətəndaş şikayəti əsasında Qusar rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Həyata keçirilmiş çoxsaylı istintaq hərəkətləri nəticəsində Zahid Abuyevin 2016-cı ildən 2025-ci ilin aprel ayınadək Hil meşəbəyliyinin meşə gözətçisi vəzifəsində işlədiyi müddətdə öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşmaqla Qusar rayonunun Kirig, Cibir və Ləcət kəndlərinin 40-a yaxın sakininin qanun pozuntuları barədə meşəbəyliyə və ya aidiyyəti qurumlara məlumat verməməsi müqabilində hədə-qorxu yolu ilə onlardan dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitləri və digər maddi nemətlər almasına dair əsaslı şübhələr müəyyən edilib.
Tətbiqimizi yükləyə bilərsiniz