
Tanınmış aktyor Entoni Hopkins Kaliforniyadakı yanan malikanəsini 5,1 milyon funt sterlinqə satışa çıxarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, iki hissədən ibarət mülk bu ilin əvvəlində Los-Ancelesdə baş verən meşə yanğınları zamanı yanıb.
Hopkins evi 2018 və 2019-cu illərdə iki hissə ilə alıb və bunun üçün 12,6 milyon dollar ödəyib.
Qeyd edək ki, bu, Hopkinsin evinin yandığı ilk hadisə deyil.
2018-ci ildə yanğın aktyorun Malibudakı evini az qala külə çevirib. 2000-ci ildə isə Hopkins o vaxt Los-Ancelesdə olmasına baxmayaraq, Londondakı mülkünü yanğın nəticəsində itirib.

Tətbiqimizi yükləyə bilərsiniz