Harri Keyn “Barselona”ya keçə bilər


İspaniyanın “Barselona” klubu Almaniyanın “Bavariya” klubunun və İngiltərə milli komandasının futbolçusu Harri Keyni transfer etməkdə maraqlıdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Keynin nümayəndələri onun gələcək variantlarını dəyərləndirirlər.
Keynin “Bavariya” ilə müqaviləsindəki sərbəst qalma bəndi 2026-cı ilin yayında aktivləşdiriləcək və bu, 65 milyon avro təşkil edəcək.
“Barselona”nın son təklifi klubun maliyyə vəziyyətindən asılı olacaq.
Keynlə İngiltərə və Səudiyyə Ərəbistanı liqalarının klublarının da maraqlandığı qeyd edilir.
Qeyd edək ki, forvardın ”Bavariya” ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Xatırladaq ki, 32 yaşlı Keyn bu mövsüm Bundesliqada 9 matçda 12 qol vurub və 3 məhsuldar ötürmə edib. O, ”Bavariya” klubuna 2023-cü ildə keçib. Keyn klubla Bundesliqa kubokunu və Superkuboku qazanıb. O, əvvəllər “Tottenhem”də oynayıb və klubun bütün dövrlərin ən yaxşı bombardiri olub. İngiltərə millisi ilə forvard iki dəfə Avropa çempionatında gümüş, Millətlər Liqasında isə bürünc medal qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top