ABŞ Ukraynaya “Tomaqavk” raketləri verəcək? – Tramp açıqladı


ABŞ uzaqmənzilli “Tomaqavk” qanadlı raketlərini Ukraynaya vermək fikrində deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirib.
“Xeyr”, - deyə Amerika lideri jurnalistlərin onun belə bir ehtimalı nəzərdən keçirib-keçirməməsi ilə bağlı suallarına cavab olaraq bildirib.
Qeyd edək ki, keçən həftə CNN telekanalı Pentaqonun “Tomaqavk”ın Ukraynaya təhvil verilməsini təsdiqlədiyini, lakin yekun qərarın Trampda olduğunu bildirmişdi.
Telekanal qeyd edib ki, nə Ağ Ev, nə də Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

DİGƏR XƏBƏRLƏR

Top