Bakıda mağazadan 30 min manatlıq oğurluq olub


Nərimanov rayonunda mağazaların birindən oğurluq edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, noyabrın 1-də Bakı şəhər sakini polisə müraciət edərək ona məxsus mağazadan 30000 manat dəyərində dam örtüklərinin talanmasını bildirib.
“Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı R.Səmədov müəyyən olunaraq saxlanılıb.
Paytaxtın Sabunçu rayonunda isə bir nəfərə məxsus 2300 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən yeniyetmə də polis tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top