ABŞ Venesuela yaxınlığındakı hərbi bazasını bərpa edir


ABŞ Venesuelada mümkün hərbi əməliyyatlar üçün hazırlıqlara başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi təhlil etdiyi peyk görüntülərinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ sentyabrın 7-də Puerto-Rikoda 20 ildən artıqdır ki, tərk edilmiş “Ruzvelt Rouds” hərbi dəniz bazasında tikinti işlərinə start verib.
Artıq uçuş zolağına gedən yolların təmizlənməsi və dəyişdirilməsi işləri başlayıb.
Bundan əlavə, ABŞ Puerto-Rikoda və Sent-Krusdakı mülki hava limanlarının infrastrukturunu genişləndirir.
Bu ərazilər Venesueladan təxminən 500 mil (orta hesabla 800 km) məsafədə yerləşir.
Qeyd edək ki, Vaşinqton Karakası narkotik ticarəti ilə mübarizədə kifayət qədər fəal olmamaqda ittiham edir. Bununla əlaqədar ABŞ Karib hövzəsinə böyük qüvvələr yerləşdirib. Digər tərəfdən, “The Miami Herald” qəzeti ABŞ administrasiyasının Venesueladakı hərbi obyektlərə hücum etmək qərarına gəldiyini yazıb. Qəzetin məlumatına görə, zərbələr yaxın günlərdə baş verə bilər.

DİGƏR XƏBƏRLƏR

Top