
Məlum olduğu kimi, bir müddət əvvəl mətbuatda, dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın işdən çıxarılması ilə bağlı məlumat yayılıb.
Yeniavaz.com xəbər verir ki, mətbuatda yayılan məlumatda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin müvafiq əmri ilə Qalina Mehdiyevanın bir müddət öncə təhsil müəssisəsinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edildiyi qeyd olunub.
Məlumat üçün bildirək ki, Bakı Dövlət Universitetinin rəsmi saytında (bsu.edu.az) Qalina Mehdiyevanın 2 il əvvəl — 2023-cü ildən kafedraya rəhbərlik etmədiyi göstərilir.
Sözügedən məlumatda qeyd olunur ki, Qalina Mehdiyeva Hesablama riyaziyyatı kafedrasına 2006–2023-cü illərdə rəhbərlik edib. Mehdiyeva 2023-cü ildən bu günədək kafedrada professor kimi fəaliyyət göstərir.

Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz