Dünyanın ən yaxşı oyun qurucusu mükafatına namizədlər açıqlandı – Yeni siyahı


2025-ci ildə dünyanın ən yaxşı oyun qurucusu mükafatına namizədlərin siyahısı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında dərc edib.
Qısa siyahıya Arda Güler, Bruno Fernandes, Koul Palmer, Florian Virts, Cud Bellinqem, Kevin De Bruyne, Lamin Yamal, Martin Edeqor, Pedri, Vitinya, Lionel Messi, Xames Rodriqes, Reo Xatate, Məhəmməd Kudus və Malik Tillman daxil olub.
Qeyd edək ki, seçim bütün futbol mövsümünə deyil, təqvim ilinə əsaslanır.
Xatırladaq ki, səsvermənin yekun nəticələri dekabrın 10-dan sonra açıqlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top