
Böyük Britaniyanın milli borcunun səviyyəsi 2005-2025-ci illər arasında üç dəfə artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti “Oxford Economics” konsaltinq şirkətinin təhlilinə istinadla məlumat yayıb.
Məlumata görə, bu, bütün inkişaf etmiş iqtisadiyyatlar arasında ən yüksək artımdır.
Nəşrin məlumatına görə, Böyük Britaniyanın dövlət borcu 2,9 trilyon funt sterlinq (3,8 trilyon dollar) və ya ÜDM-in təxminən 100%-ni təşkil edir.
Nəşrin qeyd etdiyi kimi, bu, Böyük Britaniyanın borc faizlərinin ödənilməsinə hər il 100 milyard funt-sterlinqdən (130 milyard dollar) çox pul xərcləməsi deməkdir.
Qəzet qeyd edir ki, son 20 ildə yalnız İspaniya və ABŞ-nin borc artımında oxşar göstəricilər qeydə alınıb.
Kembric Universitetinin professoru Yacit Çadxa belə bir fikir bildirib ki, dövlət borcunun yüksək olması Britaniya siyasi-iqtisadi modelinin uğursuzluğundan xəbər verir.
“Biz indi aydın şəkildə görürük ki, fiskal sistem açıq şəkildə iflasa uğrayıb”, - o əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz