Trampdan nüvə sınaqları ilə bağlı daha bir açıqlama


ABŞ nüvə sınaqları keçirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “CBS News” telekanalına müsahibəsində təsdiq edib.
Lakin o, döyüş başlıqlarının partladılmasını nəzərdə tutub-tutmadığını dəqiqləşdirməkdən imtina edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ-nin onların necə işlədiyini görmək üçün nüvə silahlarının sınağına ehtiyacı var.
Trampın sözlərinə görə, Rusiya da artıq sınaqdan keçirəcəyini açıqlayıb. O bildirib ki Şimali Koreya isə nüvə silahını daim sınaqdan keçirir.
Tramp Çinin də bu sınaqları keçirdiyini istisna etməyib.
“Mən istəmirəm ki, biz bu silahları sınaqdan keçirməyən yeganə ölkə olaq”, - Tramp əlavə edib.
Qeyd edək ki, Tramp nüvə sınaqlarını bərpa etmək qərarını oktyabrın 29-da açıqlayıb. Qərar rusiyalı həmkarı Vladimir Putinin “Burevestnik” raketinin sınaqdan keçirilməsi ilə bağlı açıqlamaları fonunda verilib. Lakin nə o, nə də digər ABŞ administrasiyası rəsmiləri bunun partlayıcı sınaqlara aid olub-olmadığını dəqiqləşdirməyiblər.
Xatırladaq ki, ABŞ 1992-ci ildən bəri nüvə sınaqları keçirməyib.

DİGƏR XƏBƏRLƏR

Top