Əfqanıstanda ölənlərin sayı 20-ni keçdi − Yenilənib


Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 20-ni keçib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 27 nəfər ölüb, təxminən 870 nəfər yaralanıb.
Rəsmilər ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.

***09:35
Bu səhər Əfqanıstanın şimalında, Məzari-Şərif şəhərindən 28 kilometr aralıda 6,3 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki azı 7 nəfər ölüb, 150-yə qədər insan yaralanıb.
CNN isə 12 nəfərin ölməsi barədə məlumat yayıb.
Qeyd edək ki, Məzari-Şərif Əfqanıstanın Bəlx vilayətinin inzibati mərkəzi və əhalinin ən sıx məskunlaşdığı şəhərlərdən biridir. Burada 500 mindən çox insan yaşayır. Bu gün, noyabrın 3-də baş verən zəlzələnin bilavasitə episentri qonşu Samanqan əyaləti olub. Zəlzələ Əfqanıstanın qonşusu Tacikistan, Özbəkistan və Türkmənistanda da hiss olunub.

DİGƏR XƏBƏRLƏR

Top