“Fənərbağça” 2 top geriyə düşdüyü oyunda “Beşiktaş”ı məğlub etdi – Video


Ötən gün Türkiyə Superliqasının XI turu çərçivəsində İstanbulda “Beşiktaş”-“Fənərbağça” derbisi baş tutub.
Yeniavaz.com
xəbər verir ki, doğma meydanda matça yaxşı başlayan “Qara qartallar” 5 və 22-ci dəqiqələrdə rəqibin qapısına endirilən dəqiq zərbələrlə 2:0-lıq üstünlüyü ələ keçiriblər.
Oyunun 26-cı dəqiqəsində “Beşiktaş”ın kapitanı Orkun Kökçü birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Buna etiraz edən baş məşqçi Sərgən Yalçın da eyni üsulla cəzalandırılıb.
Bundan sonra “Sarı-lacivərtlilər” təzyiqi artıraraq, 32-ci və birinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə rəqibin qapısına tapdıqları qollarla paltardəyişmə otağına yollanmazdan öncə hesabı bəraəbərləşdirə biliblər.
“Fənərbağça”nın heyətində sonradan oyuna daxil olan Con Duran 83-cü dəqiqədə fərlənib və yekun hesabı müəyyənləşdirib – 2:3.
Qeyd edək ki, “Fənərbağça” hazırda 25 xalla liqanın ikinci pilləsindədir. “Beşiktaş” isə 17 xalla VI pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top