Avropa aviaşirkətləri İrana qayıdır – Vyana-Tehran uçuşları bərpa edilib


Tehrandakı İmam Xomeyni Hava Limanı Şəhər Şirkətinin (IKAC) sözçüsü bildirib ki, Vyana və Tehran arasında birbaşa uçuşlar gələn bazar ertəsi bərpa olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı yerli media yayıb.
IKAC-ın sədr əvəzi Ramin Kaşefazar qeyd edib ki, Avstriya aviaşirkətləri noyabrın 2-də səhər saatlarından etibarən Vyana–Tehran–Vyana marşrutu üzrə uçuşlara yenidən başlayıb.
Aviasiya rəsmisinin sözlərinə görə, Avropanın ən böyük hava daşıyıcılarından biri olan “Lufthansa” da yaxın iki ay ərzində Tehran–Frankfurt marşrutunda uçuşları bərpa etməyi planlaşdırır.
Kaşefazar bildirib ki, digər Avropa şirkətləri də İrana geri dönməkdə maraqlıdırlar və bununla bağlı danışıqlar yekunlaşdıqdan sonra rəsmi açıqlamalar veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top