Razi Nurullayevin bacısı oğlu olan köməkçisi vəfat edib


Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin köməkçisi Murad Alışov dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə partiyadan məlumat verilib.
Bildirilib ki, Murad Alışov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Qeyd edək ki, Murad Alışov eyni zamanda Razi Nurullayevin bacısı oğlu olub. Mərhum son parlament seçkilərində Milli Cəbhə Partiyasının 11 saylı Qaradağ–Binəqədi Seçki Dairəsindən deputatlığa namizəd olub.

DİGƏR XƏBƏRLƏR

Top