
Bu gün Ermənistanın Tavuş vilayətində yerləşən Haqartsin monastır kompleksi yaxınlığında 50 sərnişin daşıyan tələbə avtobusu aşıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtobusda Valeri Bryusov adına Yerevan Dövlət Universitetinin tələbələri olub. “BusVoyage” şirkətindən verilən açıqlamaya əsasən, qəzanın baş verməsinə torpaq bəndin çökməsi səbəb olub.
Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir və onun üzərində əməliyyat aparılır, digərlərinin vəziyyəti isə orta-ağırdır. Nazirlik əlavə edib ki, ehtiyac yaranacağı halda yaralıların İrəvan xəstəxanalarına köçürülməsi planlaşdırılır və bütün zərərçəkənlərə zəruri tibbi yardım göstərilir.
Tətbiqimizi yükləyə bilərsiniz