
Ermənistanın Baş naziri Nikol Paşinyanın türklər və ermənilər arasındakı tarixi problemlərdə Sovet İttifaqının Dövlət Təhlükəsizlik Komitəsini (DTK) günahlandırması Rusiya Xarici İşlər Nazirliyinin reaksiyasına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, nazirliyin sözçüsü Mariya Zaxarova bu barədə “Telegram” kanalında açıqlama verib.
Zaxarova bildirib ki, DTK 1954-cü ildə yaradılıb və Paşinyanın ittihamları tarixi faktlara uyğun gəlmir. “Osmanlı İmperiyasında baş verən hadisələr – yəni erməni soyqırımı kimi təqdim edilən proseslər DTK-nın yaradılmasından təxminən 40 il əvvəl, 1915-ci ildə başlayıb”, – deyə Zaxarova qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz