Əliyar Ağayev “Arsenal”ın ÇL oyununu idarə edəcək


Azərbaycanın FIFA referisi Əliyar Ağayev Çempionlar Liqası oyununa təyinat alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat dərc olunub.
Belə ki, o, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində noyabrın 4-də Çexiyada baş tutacaq “Slaviya”-“Arsenal” oyununu idarə edəcək.
Sözügedən görüşdə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri olacaq, həmçinin Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək.

DİGƏR XƏBƏRLƏR

Top