
İsrailin hava zərbəsi nəticəsində şənbə günü Livanın cənubunda dörd nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
“2024-cü ilin noyabrında “Hizbullah” hərəkatı ilə atəşkəs əldə edilməsinə baxmayaraq, İsrail hələ də Livanın cənubundakı beş rayonda hərbçilərini saxlayır və mütəmadi olaraq bu istiqamətdə hava zərbələri endirir. İsrail rəsmiləri bu hücumların “Hizbullah”a qarşı yönəldildiyini bəyan edirlər”, - telekanal bildirir.
Səhiyyə Nazirliyinin məlumatına görə, Nəbatiyyə bölgəsində İsrailin hava zərbəsi nəticəsində dörd nəfər həlak olub, daha üç nəfər yaralanıb.
Qeyd edək ki, “Hizbullah” ilk dəfə İsrail istiqamətində atəş açmağa Qəzzada müharibə başladıqdan sonra, yəni 2023-cü ilin oktyabrında başlayıb. Bu, bir ildən artıq davam edən qarşıdurmaya səbəb olub və iki ay davam edən açıq müharibədən sonra ötən il atəşkəs razılaşması ilə başa çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz