
İspaniya çempionatının 11-ci turunda ikinci yeri tutan “Real Madrid” doğma meydanda “Valensiya” ilə qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, Xabi Alonsonun rəhbərlik etdiyi komanda 4:0 hesabı ilə qalib gəlib.
Fransalı hücumçu Kilian Mbappe dubl edib, ingilis yarımmüdafiəçi Cud Bellinqhem və ispan müdafiəçi Alvaro Fernandes də fərqlənib.
Mbappenin ikinci qolunda ötürməni Türkiyə millisinin gənc ulduzu Arda Gülər edib.
Qeyd edək ki, “Real Madrid” 30 xalla turnir cədvəlinə başçılıq edir, “Valensiya” isə 9 xalla 18-cidir.
Tətbiqimizi yükləyə bilərsiniz