
Meksikanın şimalında supermarketdə baş verən partlayış nəticəsində azı 23 nəfər həlak olub, 11 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən AFP məlumat yayıb.
“Demək olar ki, tapdığımız qurbanların çoxu azyaşlılar idi”, – deyə Sonora ştatının qubernatoru Alfonso Durazo bildirib.
O deyib ki, sağ qalanlar partlayışın baş verdiyi Ermosillo şəhərindəki xəstəxanalarda müalicə olunur:
“Mən hadisənin səbəblərini müəyyənləşdirmək və günahkarları tapmaq üçün hərtərəfli və şəffaf araşdırma aparılmasına göstəriş vermişəm”.
Qeyd edək ki, partlayış şəhərin mərkəzində yerləşən “Waldo’s” mağazasında baş verib. Təhlükəsizlik orqanları bunun hücum və ya mülki şəxslərə qarşı zorakılıqla əlaqəli hadisə olmadığını açıqlayıb.
Meksika Prezidenti Klaudiya Şeinbaum həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Tətbiqimizi yükləyə bilərsiniz