
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar apardığı bildirilir.
Yenivaz.com xəbər verir ki, bu barədə “Unikal” məlumat yayıb.
Bildirilir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib:
“Məhkəmə N.Muradov barəsində 4 aylıq həbs-qətimkan tədbiri qərarı verib”.
“Qafqazinfo”nun yaydığı məlumata görə isə, Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla müavindən əlavə, daha bir neçə vəzifəli şəxs saxlanılıb.
“Onlardan böyük məsləhətçi (memar) Qafar Abdullayev barəsində də həbs qətimkan tədbiri seçilib. Digər vəzifəlilər hazırda dindirmədədirlər”, - sayt yazır.
Tətbiqimizi yükləyə bilərsiniz