Daha bir cüdoçumuz Avropa çempionu oldu


Azərbaycan cüdoçusu Kənan Nəsibov Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatının qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda polşalı Yakub Sordili məğlub edərək qızıl medala sahib çıxıb.
Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel Parlatiyə uduzaraq gümüş medalla kifayətlənib.
Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) isə üçüncü yer uğrunda görüşdə qarşılaşıblar. Rəqibini üstələyən Kotsoyev bürünc mükafata yiyələnib.
Qeyd edək ki, ötən gün Azərbaycan cüdoçularından İslam Rəhimov (66 kq) Avropa çempionu olub.

DİGƏR XƏBƏRLƏR

Top