Ermənistan məktəblərində Azərbaycan dili keçiriləcək


2025-2026-cı tədris ilində Ermənistanda üç dövlət məktəbində Azərbaycan dili tədris olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə istinadən panorama.am məlumat yayıb.
Tədris proqramına əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.
Qeyd edilib ki, təşəbbüs dövlət təhsil proqramı çərçivəsində həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top