
Bu gündən etibarən Ermənistan pasportlarına yeni giriş/çıxış möhürü vurulacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri paylaşım edib.
Onlar Ermənistandan giriş/çıxış möhürlərindən Ağrı dağının şəklinin götürülməsini əks etdirən videolar yayımlayıb.
Qərar sentyabrın 11-də qəbul edilib.
Yeni qərara əsasən, təqvim ştampının üzərində erməni və ingilis dillərində “HAYASTAN” və “ERMENİYA” sözləri, müvafiq olaraq dövlət sərhədindən keçid məntəqəsinin adı, sərhədi keçdiyi gün, ay və il, nəzarət nişanının nömrəsi, çıxış/giriş nişanı, təqvim möhürünün nömrəsi, hava, dəmir yolu və ya avtomobil yolu, sərhəd keçid məntəqələrinin fərqləndirici nişanları əks olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz