Mauritsio bu dəfə qızıl unitaz satır − 10 milyon dollar


Divara yapışdırılmış banan hərracda 6 milyon dollara satıldıqdan sonra italyan provakator Mauritsio Kattelan yenidən sənət dünyasını təəccübləndirməyə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, çəkisi 100 kq-dan çox olan tamamilə qızıl tualet auksiona çıxarılacaq.
18 karat qızıldan olan unitaz noyabrın 18-də “The Now and Contemporary” gecəsi çərçivəsində “Sotheby's New York” auksionunda satılacaq.
Başlanğıc qiyməti 10 milyon dollardır, lakin ekspertlər əmindirlər ki, alıcı daha çox pul xərcləməyə hazırdır.
Kattelanın “Amerika” adlandırdığı bu qızıl tualet sosial təxribat kimi düşünülüb: rəssam sənət aləmində nəyin müqəddəs, nəyin murdar olduğunu göstərmək istəyib.
Noyabrın 8-dən etibarən hər kəs “Sotheby's-in Breuer” binasındakı yeni qərargahının vanna otağında quraşdırılacaq unitaza baxa biləcək.
Qeyd edək ki, Kattelan ilk dəfə deyil ki, provokativ əsərlər yaradır. Onun “Komediya” adlanan skotçla yapışdırılmış bananı 2019-cu ildə müzakirə səbəbi oldu və tələb olunan qiymətdən təxminən dörd dəfə baha satıldı.

DİGƏR XƏBƏRLƏR

Top