
Naxçıvanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən edilərək saxlanılıblar.
Keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər məhkum olunmuş, 50 yaşlı Azadi Babayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda heroin aşkar edilərək götürülüb. A.Babayev narkotik vasitəni satış məqsədilə əldə edib saxladığını etiraf edib.
Digər əməliyyat tədbirləri nəticəsində 30 yaşlı Atay Elçin, Sahib Zeynalov və 33 yaşlı Elvin Mehrəliyev də müəyyən edilərək saxlanılıblar. S. Zeynalova məxsus avtomobilə baxış zamanı oradan külli miqdarda metamfetamin aşkarlanaraq götürülüb.
Bundan əlavə, keçirilən əməliyyat növbəti əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuş, 63 yaşlı Fazil Kərimov da saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluqla yetişdirilən 87 ədəd çətənə kolları aşkarlanıb.
Faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz