Məşhur futbolçu sevimli itinə görə klubundan ayrıldı


34 yaşlı uelsli futbolçu Aaron Remsi meydandan kənar şəxsi problemlərdən və bir sıra zədələrdən sonra Meksikanın “Pumas” klubunu tərk edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Məlumata görə, müqaviləsinin 2026-cı ilə qədər nəzərdə tutulmasına baxmayaraq, oyunçu klubda cəmi üç ay keçirib.
Oktyabrın əvvəlində sevimli itinin qəfil yoxa çıxmasından sonra futbolçu çətin anlar yaşayıb. Remsi sadiq iti tapmaqda kömək üçün ictimaiyyətə müraciət edib və mükafat təklif edib.
Uels millisinin üzvü oktyabrın əvvəlində daha bir əzələ zədəsi aldıqdan sonra müqaviləyə xitam verilib.
Qeyd edək ki, “Arsenal”ın qəhrəmanı komandanın heyətində cəmi altı oyun keçirib və bir qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top