Luvrdan oğurlanmış zinət əşyalarını bu şirkətə satmaq istəyirlərmiş...


Oktyabr ayında Parisdəki Luvrdan zinət əşyaları oğurlayan quldurlar muzeyin xəzinələrini qaranlıq internet vasitəsilə İsrailin “CGI Group” təhlükəsizlik şirkətinə satmağa cəhd ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti şirkətin baş direktoru Tsvika Naveyə istinadla məlumat yayıb.
“Luvrdakı soyğundan beş gün sonra soyğunçuları təmsil etdiyini iddia edən bir şəxs rəsmi “CGI Group” veb-saytı vasitəsilə bizimlə əlaqə saxladı. O, qaranlıq şəbəkədə sənət əsərlərinin alınması ilə bağlı danışıqlar aparıb-aparmayacağımızı soruşdu və cavab vermək üçün 24 saatımızın olduğunu vurğuladı”, - şirkətin baş direktoru bildirib.
Şirkətin direktoru bildirib ki, “CGI Group” quldurların nümayəndəsinin təklifini qəbul edib; uzun sürən danışıqlar və araşdırmalardan sonra məlum olub ki, naməlum şəxs “oğurlanmış əşyaların ən azı bir qismini” özündə saxlayır.
“Biz bu barədə Parisdəki müvafiq orqanlara məlumat verdik. Ancaq bürokratik münasibət ən azı bəzi sənət əsərlərinin geri qaytarılmasına mane oldu”, - Nave qeyd edib.
Qeyd edək ki, oktyabrın 19-da səhər saatlarında Luvrun “Apollon” qalereyası doqquz zinət əşyasını oğurlayan quldurların hücumuna məruz qalıb. Artıq hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top