Dənizdə köməksiz qalan balıqçılar belə xilas edildi – Video


Xəzər rayonunun Buzovna qəsəbəsində dənizdə köməksiz qalan üç balıqçı xilas edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu sahildən təxminən 500 metr məsafədə dənizdə qayalıq ərazidə köməksiz vəziyyətdə qalan balıqçıları - 1985-ci il təvəllüdlü Azər Elxan oğlu Məmmədov, 1990-cı il təvəllüdlü Namiq Şükür oğlu Həsənov və 1985-cı il təvəllüdlü Cəmaləddin Nuhin oğlu Cəfərovu sahilə çıxarıblar.

DİGƏR XƏBƏRLƏR

Top