Paşinyan Azərbaycanla bağlı komissiya yaratdı − Mirzoyanın yoldaşı daxil oldu


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiya xətlərinin açılması üzrə yeni komissiya yaradılıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu komissiyaya xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qoar Abajyan daxil olub.
Abajyan bu yaxınlarda İnvestisiyaya Dəstək Mərkəzi Fondunun direktoru təyin edilib.
Eyni qərarla ötən il vəzifəsini tərk etmiş Ali Məhkəmə Şurasının keçmiş sədri Karen Andreasyan komissiyaya daxil olub. O, hazırda Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi kimi fəaliyyət göstərir.
Komissiyaya ölkənin baş nazirinin müavini Mher Qriqoryan rəhbərlik edir.
Xatırladaq ki, kommunikasiya xətlərinin açılması üzrə əvvəlki komissiya Rusiyanın iştirakı ilə üçtərəfli olub. 2021-ci ildən fəaliyyət göstərib, lakin 2023-cü ilin iyulunda keçirilən son iclasından sonra fəaliyyəti faktiki olaraq dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top