“İşlər çətinləşsə, “Oreşnik”i işə sala bilərik” − Lukaşenko


Belarus Prezidenti Aleksandr Lukaşenko “Oreşnik” raket kompleksinin dekabrda respublikada döyüş növbəsinə keçəcəyini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, o, bunu Vitebsk vilayətinə işgüzar səfəri zamanı deyib.
“Oreşnik” dəhşətli silahdır. Dekabrda döyüş növbəsinə çıxacaq. Nə məqsədlə? İstəyirəm ki, xaricdəki rəqiblərimiz başa düşsünlər ki, əgər işlər çətinləşsə, biz onu işə sala bilərik. Rusiya Prezidenti Vladimir Putinlə oturub qərar verəcəyik və işə başlayacağıq. Ona görə də özünüzü yaxşı aparın. Axı Ukraynada müharibə belə başladı. Donbasda rusca danışanlar təqib edildi, öldürüldü, əziyyət edildi. Mən bunun şahidi oldum”, - o deyib.
Lukaşenko xatırladıb ki, Ukrayna münaqişəsi ilə bağlı sülh sazişləri vaxtilə Minskdə əldə olunub, lakin opponentlər fırıldağa əl atmaq qərarına gəliblər ki, bu da mövcud vəziyyətə gətirib çıxarıb:
“Belə çıxır ki, onlar razılığa gəlməyiblər. Belə çıxır ki, onlar Minskə Rusiyanı və bizi aldatmaq üçün gəliblər. Onlar bizi aldatdılar. Yaxşı, cavablarını aldılar. Niyə bəla istəyirsən? Normal yaşayırdıq axı, polyaklar, litvalılar və s.”

DİGƏR XƏBƏRLƏR

Top