“İsrail necə günahsız ola bilər?” − Ərdoğan


“İki il ərzində İsrail hökuməti dünyanın gözü qarşısında 20 mindən çoxu uşaq olmaqla 70 min qəzzalını öldürdü. İsrailin hücumları nəticəsində 170 mindən çox fələstinli qardaş və bacımız yaralandı”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TRT World Forumu”nda çıxışı zamanı deyib.
“Qəzzada demək olar ki, bircə dənə də toxunulmayan bina qalmayıb. Məktəblər, kilsələr, məscidlər və xəstəxanalar hədəfə alınıb. Necə günahsız ola bilər? İsrailin nüvə silahı var, ən son bombaları var. O, istədiyi vaxt Qəzzanı vurmağa malikdir. Necə günahsız ola bilər? İsrail günahsız deyil, əksinə, zülmkardır”, - prezident deyib.

DİGƏR XƏBƏRLƏR

Top